Türkiyə ordusu Suriyanın şimalında PKK terrorçularının növbəti qrupunu zərərsizləşdirib.
Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi xəbər verib.
Məlumata görə, PKK/YPG terrorçularının Suriyanın şimalında “Barış pınarı” əməliyyat bölgəsinə hücuma hazırlaşdığı müəyyənləşdirilib. Ordunun həyata keçirdiyi tədbirlər nəticəsində 7 terrorçu məhv edilib.
“Terrorçuları öz qazdıqları çuxurlarda basdırmağa davam edəcəyik!” – Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.
Terrorçulara qarşı əməliyyat davam edir.