“Barış pınarı” əməliyyatı – Suriyalı uşaqların birgə oyunu

Türkiyə Cümhuriyətinin Milli Müdafiə Nazirliyi “Barış pınarı” əməliyyatının keçirildiyi bölgədə PKK/YPG terror təşkilatının əllərinə silah verib döyüşdürdüyü suriyalı uşaqların sərbəst bir şəkildə oynaya bildiklərini bildirib.

Yenicag.az xəbər verir ki, Nazirliyin bəyanatında belə qeyd edilib:

““Barış pınarı” əməliyyatının keçirildiyi bölgədə PKK/YPG terror təşkilatının əllərinə silah verib döyüşdürdüyü Suriyalı uşaqlar artıq sərbəst bir şəkildə oyun oynaya bilir. Bölgə xalqı gündəlik işləriylə məşğul olarkən PKK/YPG-yə məxsus mina ve kustar üsulla hazırlanan partlayıcı qurğuların axtarışı davam edir”.

COP29