“Barış pınarı” əməliyyatı – Terrorçuların 181 sığınacağı məhv edildi

Terrorçulara məxsus 181 sığınacaq türk ordusu tərəfindən məhv edilib.

Yenicag.az xəbər verir ki, Türkiyənin Silahlı Qüvvələri Suriyada “Barış pınarı” əməliyyatının ilk saatlarında terrorçuların Telabyad, Rasulayn və Zormağar bölgələrində yerləşən sığınacaqlara dörd istiqamətdən zərbələr endirib.

Əməliyyat çərçivəsində Hərbi Hava Qüvvələri və digər hərbi texnika Fərat çayından şərqdə, Ayn İsa rayonunun ətrafındakı Aluk, Mustel, Esadiye, Fender ve Huşan kəndlərində, eləcə də digər ərazilərdə terrorçuların 181 sığınacağını məhv edib.

Bu istiqamətdə atışlara cavab olaraq bölgədə terrorçular tərəfindən silah səsləri eşidilib. Axşam saatlarında bölgədə atışma səsləri daha da intensivləşib.

Türk hərbi təyyarələrinin görmə məsafəsini azaltmaq məqsədilə terrorçular tərəfindən ərazidə rezin təkərlər yandırılıb.

Məlumata görə, terrorçular tərəfindən Türkiyənin Nusaybin rayonuna Suriyanın şimalında yerləşən Qamışlı şəhərindən 9 raket mərmisi atılıb. Nəticədə 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Türkiyənin sərhəd bölgələrinin bəzi ərazilərində əhaliyə bayıra çıxmamaları ilə bağlı xəbərdarlıq edilib.

Başladılan əməliyyat əsnasında bölgədəki bələdiyyə binalarına aid səs gücləndiricilərdə Mehtər Marşı və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səsindən “Dua” adlı şeir səsləndirilib.

Qeyd edilir ki, Türk Silahlı Qüvvələri tərəfindən başladılan əməliyyatda ən son model hərbi texnikadan istifadə olunur.

 

COP29