Türkiyə Silahlı Qüvvələri “Barış Pınarı” əməliyyatına başladıqdan sonra 611 PKK / PYD-YPG terrorçusunu zərərsizləşdirib.
Yenicag.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Müdafiə Nazirliyi bildirib.
Məlumatda bildirilir ki, uğurla davam edən “Barış Pınarı” əməliyyatı zamanı ümumilikdə 611 PKK / YPG terrorçusu zərərsizləşdirilib.
Qeyd edək ki, “Barış Pınarı” adlı hərbi əməliyyatlara Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında başlayıb.