“Suriya və Zəngəzur dəhlizində İranla ABŞ mövqeləri üst-üstə düşsə də, ABŞ İranı bitirmək istəyəcək”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
İranın Zəngəzur dəhlizinin açılmasına qarşı olması və rəsmi Tehranın buna mane olacaqlarını bəyan etməsindən danışan analitikin sözlərinə görə, İran Zəngəzur dəhlizi məsələsində Rusiyaya qarşıdır:
“Dəhlizin açılmasında Rusiyanın maraqları var. Zəngəzur dəhlizi ilə Rusiya Yaxın Şərqə nəqliyyat yolu açmaq istəyir. İranın bu etirazı həm də bir neçə gün əvvəl strateji müttəfiqlik müqaviləsi imzaladığı Rusiyaya qarışdır.
ABŞ isə Rusiyanı da nəzərdə tutaraq Zəngəzur dəhlizinin açılmasını istəmir. ABŞ İranı sıradan çıxaracaq. Ondan sonrakı hədəfi isə Rusiya olacaq. Ona görə də ABŞ bu dəhlizin açılmasını istəmir. Yəni Suriya və Zəngəzur dəhlizində İranla ABŞ-nin mövqeləri üst-üstə düşsə də, Birləşmiş Ştatlar İranı bitirmək istəyəcək”.
Səxavət Məmməd