Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Barri” qasırğası Luiziana sahillərinə çatdı

“Barri” qasırğası Amerikanın Luiziana ştatı sahillərinə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ-ın Qasırğalara Nəzarət Milli Mərkəzi məlumat yayıb. Meteoroloji Xidmətin saytında qeyd olunub ki, “Barri” Luiziana sahillərinə çatıb”.

ABŞ-ın Luiziana ştatının sahillərinə çatan “Barri” tropik qasırğası mütəxəssislər tərəfindən birinci dərəcəli qasırğa kimi dəyərləndirilib.

“Barri”nin fəlakət bölgəsində küləyin sürəti saniyədə 33 metrə çatır. Meteoroloqlar yaxın saatlarda onun episentrinin sahilə çatacağını proqnozlaşdırır”.

Mütəxəssislər, həmçinin bildirir ki, artıq yaxın 24-36 saat ərzində “Barri”nin gücü tropik qasırğa səviyyəsindən aşağı düşəcək.

Qeyd edək ki, daha əvvəl ölkə prezidenti Donald Tramp ştat ərazisində qasırğa səbəbindən fövqəladə vəziyyət elan edib.

www.yenicag.az

2196