“Barselona”dan 160 milyonluq transfer

İspaniyanın “Barselona” klubu heyətini Filipp Koutinyo ilə gücləndirib.

Yenicag.az xəbər verir ki, Kataloniya təmsilçisi 25 yaşlı braziliyalı ilə 5,5 illik sözləşmə imzalayıb.

“Barselona” bu keçid üçün “Liverpul”a ümumilikdə 160 milyon avro ödəyəcək.

“Barselona”dan Koutinyonu transfer etmək istəyən klub isə 400 milyon avrosundan keçməlidir.