“Barselona” 40 milyonluq transferi rəsmən açıqladı

İspaniyanın “Barselona” klubu növbəti transferini rəsmiləşdirib.

Yenicag.az xəbər verir ki, Kataloniya təmsilçisi Braziliya yığmasının yarımmüdafiəçisi Paulinyo ilə anlaşıb. Tərəflər arasında 4 illik müqavilə imzalanıb. İspanlar bu keçid üçün Çinin “Quançjou Everqrand” klubuna 40 milyon avro ödəyiblər.

Qeyd edək ki, Paulinyo əvvəllər “Tottenhem” və “Korintians” klublarında çıxış edib.

Yenicag.az