![37184](https://yenicag.az/wp-content/uploads/2015/07/37184-451x300.jpg)
Yenicag.az avropa.info-ya istinadən xəbər verir ki, 34 milyon avroya alınan Arda klub tarixinin ən bahalı 7-ci futbolçu olub. Ardanın adını daşıyan forma artıq klubun satış mağazalarına təqdim olunub.
Ancaq Ardanın forma nömrəsi hələ məlum olmadığından “Barcelona” mağazalarına çıxarılan formaların üzərində nömrə göstərilməyib.
İspan mətbuatı Ardanın “Barcelona”dakı forma nömrəsinin 6, (Xavi Hernandezin keçmiş nömrəsi) 2, (Montoyanın keçmiş nömrəsi) 17, (Songun keçmiş nömrəsi) və ya 19 (Afellayın keçmiş nömrəsi) ola biləcəyini yazıb.