İspaniyanın “Barselona” klubu baş məşqçisi Ernesto Valverde ilə bağlı qərar verib.
Yenicag.az xəbər verir ki, Kataloniya təmsilçisi ispaniyalı mütəxəssislə yeni müqavilə imzalayacaq. Yeni sözləşmə 2020-ci ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, 2017-ci ilin yayında “Barselona”ya baş məşqçi təyin edilən Valverde ilə 2 illik müqavilə imzalanmışdı.