!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Barselona" baş məşqçisini istefaya göndərdi - RƏSMİ

!Reklam – Yazi

İspaniya “Barselona”sı baş məşqçisi Kike Setyenlə yollarını rəsmən ayırıb.

Yenicag.az xəbər verir ki, klub rəsmi saytı vasitəsi ilə ispan mütəxəssisin istefaya göndərildiyini bildirilib.

Komandanın Çempionlar Liqasının 1/4 finalında “Bavariya”ya 2:8 hesablı biabırçı məğlubiyyətindən sonra bu qərar verilib. Kataloniya təmsilçisi yeni baş məşqçinin adını yaxın günlərdə açıqlayacağını bildirilib.

Qeyd edək ki, Setyenin başçılığı altında La Liqada çempionluğu əldən verən “Barselona” UEFA Çempionlar Liqasında isə Almaniya “Bavariya”sına 2:8 hesabı ilə uduzub.

Xatırladaq ki, bundan əvvəl klubun prezidenti Xosep Bartomeu Setyeninin işindən azad olunduğunu bildirmişdi.

www.yenicag.az

2769
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv