“Barselona” “Jirona”nı qol vurmağa peşman etdi – VİDEO

Futbol üzrə İspaniya La Liqasında 25-ci turun oyunları keçirilir.

Yenicag.az xəbər verir ki, lider “Barselona” bu gün doğma meydanda “Jirona” ilə qarşılaşıb. Kataloniya təmsilçisi rəqibini böyük hesabla məğlub edib.

İspaniya La Liqası
25-ci tur
24 fevral

“Barselona” – “Jirona” 6:1
Qollar: Luis Suares, 5; 44; 76. Lionel Messi, 30; 36. Filippe Koutinyo, 66 – Kristian Portu, 3.