“Barselona” – “Napoli” matçı azarkeşsiz keçiriləcək

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Barselona” (İspaniya) və “Napoli” (İtaliya) komandaları arasındakı cavab matçı azarkeşsiz keçiriləcək.

Yenicag.az xəbər verir ki, bu addıma səbəb koronavirus epidemiyasının yayılmasıdır.

Xatırladaq ki, matç martın 19-da Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.