Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

"Barselona" "Qarabağ"ın rəqibi ilə bacarmadı – VİDEO

Reklam: High Technic

Futbol üzrə İspaniya La Liqasında 8-ci turun oyunları keçirilib.

Yenicag.az xəbər verir ki, UEFA Çempionlar Liqasında Azərbaycan çempionu “Qarabağ”la bir qrupda yer alan “Atletiko” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Barselona” ilə qarşılaşıb. Ağdam klubunun rəqibi bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Hesabı 21-ci dəqiqədə Madrid təmsilçisinin üzvü Saul Niqes açıb. Amma 82-ci dəqiqədə Luis Suares meydan sahiblərini cəzalandırmağı bacarıb.

Bu heç-heçədən sonra madridlilər xallarının sayını 16-ya çatdırıblar. Paytaxt təmsilçisi 20 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb. Bu mövsüm ilk dəfə xal itirən “Barselona” isə 22 xalla vahid liderdir.

Qeyd edək ki, “Qarabağ”ın “Atletiko” ilə ilk oyunu oktyabrın 18-də Bakıda baş tutacaq.

www.yenicag.az

3490
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100