“Barselona” xal itirdi, Messi rekorda imza atdı – VİDEO

İspaniya La Liqasında XXIV turun oyunları keçirilir.

Yenicag.az xəbər verir ki, “Barselona” bu turda “Kadiz”i qəbul edib. Oyun 1:1 hesabı ilə yekunlaşıb. Hesabı 32-ci dəqiqə penaltidən Lionel Messi açıb. 89-cu dəqiqədə Aleyks Fernandes penaltidən bərabərlik qolunu vurub.

Ehtiyatda bir oyunu olan “Barselona” 47 xalla 3-cü pillədə qərarlaşıb və lider Atletiko”dan 8 “Real”dan 5 xal geri qalır. 25 xalla 14-cü yeri tutur.

“Kadiz”lə oyun “Barselona”nın ulduzu Messi üçün əlamətdar olub. Argentinalı futbolçu La Liqa matçlarının sayına görə yeni rekorda imza atıb. Hücumçu 506-cı oyununu keçirib. Messi bu göstəricidə Xavini 1 oyun geridə qoyub. 34 yaşlı forvardın İspaniya çempionatında ilk görüşü 2004-cü ilin oktyabrında “Union Espanyol”a qarşı olub.

Təcrübəli oyunçu bundan əvvəl Çempionlar Liqasında (ÇL) da yeni nailiyyətə imza atıb. Hücumçu Avropanın ən nüfuzlu klub turnirində ardıcıl 17-ci təqvim ilində fərqlənməyi bacarıb. O, 2021-ci ildə ÇL-də ilk qolunu evdə Fransa PSJ-si ilə 1/8 final mərhələsinin ilk oyununda vurub. Kapitan 27-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Beləliklə, o, 2005-ci ildən başlayaraq, hər il rəqib komandaları məyus edib.