“Barselona” yenə xal itirdi

İspaniya La Liqasında növbəti turun oyunları davam edir.

Yenicag.az xəbər verir ki, son çempion “Barselona” növbəti dəfə xal itirib.

Ernesto Valverdenin komandası “Atletik”lə bərabərə qalıb – 1:1. Qonaqlardan De Markos, meydan sahiblərindən isə Munir El Haddadi fərqlənib.

Qeyd edək ki, “Barselona” 7 turdan sonra 14 xalla ilk pillədə qərarlaşıb. 6 oyun keçirən “Real” 13 xalla 2-ci, “Sevilya” 11 xalla ( 7 matçdan) 3-cüdür.