“Barselona”da ciddi itki – Finalı buraxacaq

İspaniyanın “Barselona” futbol klubunun müdafiəçisi Nelson Semedo zədələnib.

Yenicag.az xəbər verir ki, 25 yaşlı portuqaliyalı müdafiəçi İspaniya çempionatının 38-ci turunda “Eibar”la (2:2) görüşün 46-cı dəqiqəsində başından aldığı zədə səbəbindən İspaniya kubokunun final oyununu buraxacaq.

Qeyd edək ki, İspaniya kubokunun final oyunu mayın 25-də Bakı vaxtı ilə saat 23:00-da “Barselona” və “Valensiya” klubları arasında keçiriləcək.