Barselonada yanğın səbəbindən 22 minə yaxın insan təxliyə edilib

İspaniyanın Barselona şəhərində “Tomorrowland Unite” festivalında yanğın səbəbi ilə 22 minə yaxın insan təxliyə edilib.

Yenicag.Az-ın “Trend”-ə istinadən verdiyi məlumata görə, sosial şəbəkələrdə yayılan videolarda yanğının əsas səhnədə baş verdiyi görsənir.

Məlumata əsasən, insident nəticəsində xəsarət alan olmayıb.

Yenicag.Az