“Barselona”dan 41 milyonluq transfer

La Liqanın son çempionu “Barselona” yeni transferini rəsmən açıqlayıb.

Yenicag.az xəbər verir ki, Kataloniya təmsilçisi Malkomu heyətinə qatıb.

Bunun üçün “Barselona” rəhbərliyi Fransanın “Bordo” klubuna 41 milyon avro ödəyib.

Qeyd edək ki, braziliyalı futbolçunun “Roma”ya da keçidi baş tuta bilərdi. İtaliya təmsilçisi hətta 21 yaşlı oyunçunun transferini rəsmən açıqlamışdı. Lakin son anda “Bordo” “Roma”nın 32 milyonluq təklifini rədd edərək, “Barselona” ilə anlaşıb.