“Barselona”nın oyunu Cüneyt Çakıra tapşırıldı

Çempionlar Liqasının 1/16 final mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Lion” – “Barselona” matçının hakimləri açıqlanıb.

Yenicag.az xəbər verir ki, Fransada baş tutacaq qarşılaşmanı Cüneyt Çakır idarə edəcək.

Türkiyəli referiyə bu işdə Bahattin Duran, Tarık Ongün yardım edəcək. Dördüncü hakim funskiyasını isə Halis Özkahya yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma fevralın 19-u, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

COP29