Barter əməliyyatlarının rəsmiləşdirilməsi necə aparılır?

Vergi Məcəlləsinin 67.13-cü maddəsinə əsasən, verginin məqsədləri üçün barter əməliyyatları malların (işlərin, xidmətlərin) bazar qiymətləri ilə satışı kimi qiymətləndirildikdə, müvafiq əməliyyatlar elektron vergi hesab-fakturaları ilə rəsmiləşdirilməlidir.

Yenicag.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, barter əməliyyatının elektron vergi hesab-fakturasında göstərilən məbləği azaldılmışdırsa, vergi orqanı vergitutma obyektlərini bazar qiyməti nəzərə alınmaqla dəqiqləşdirir.

Verginin məbləği yenidən hesablanır və Azərbaycan Respublikasının vergi qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan sanksiyalar tətbiq edilir.