!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Barzaninin adamından sensaniyalı İŞİD açıqlaması

!Reklam – Yazi

isid
Məsud Barzanin sağ qolu Fuad Hüseyn İŞİD-in Qərbin zənn etdiyindən 7 dəfə çox döyüşçüsünün olduğunu, saylarının 200 minə çatdığını bildirib.

Yenicag.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Fuad Hüseyn və ABŞ xarici İşlər Naziri Con Kerry İyun ayında görüşüblər.

Qeyd edək ki, Fuad Hüseyn “The İndependent” qəzetinin müxbiri Patrik Kokburna müsahibəsində: “İŞİD işğal etdiyi ərazilərdəki ərəbləri döyüşə təhrik edir”- deyə bildirib.

Həmçinin qeyd edib ki, İŞİD döyüşçüləri İraq və Suriyada 10-a yaxın fərqli ərazilərdə döyüşürlər. 20 min döyüşçünün olduğunu düşünmək mümkünsüzdür.“İŞİD-çilər gənclərə öz ideologiyasını yayırlar. Onları döyüşə vadar edirlər. Uğurlu olmalarının da səbəbi elə budur”-deyə Fuad Hüseyn qeyd edib.

Sünni ərəblər isə İŞİD fəaliyyətindən çox narahatdırlar.

Xatırladak ki, ABŞ Xəbər agentliyi hesabatında bildirmişdi ki. İŞİD döyüşçülərinin sayı 20 min və 31 min arasında dəyişir.

www.yenicag.az

503
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv