!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş ağrısının 5 əsas SƏBƏBİ

!Reklam – Yazi

Baş ağrısı çox vaxt stress və gərginlik nəticəsində yaransa da, ağır xəstəliyin simptomu da ola bilər. 

Statistikaya görə, insanların 60-70 faizi bundan əziyyət çəkir. Bu ağrılar insanların əhval-ruhiyyəsi, hiss və emosiyaları, problemləri, fikirləri, rejimsiz qidalanmaları və digər faktorlarla bağlıdır.

Baş ağrısının əsas səbəbləri isə mütəxəssislərin apardığı araşdırmalar nəticəsində müəyyənləşdirilib.

Yenicag.az Medicina-ya istinadən həmin səbəbləri təqdim edir:

Artıq çəki

Artıq çəkidən əziyyət çəkənlərin baş ağrı keçirmə riski normal çəkililərdən 35 faiz daha çoxdur.

Xasiyyət

Həddindən çox ehtiyatlılıq, deyingənlik, narahatlıq baş ağrısına səbəb ola bilər.

Susuzluq

Bədənin uzun müddət susuz qalması ağrıya səbəb olur.

Yemək yeməmək

Aclıq baş ağrısına səbəb olan ən böyük faktorlardan biridir.

Kofein

Kafeini miqdarından artıq qəbul etmək sizə böyük problemlər yaradacaq.

Hərəkətsizlik

İsveçdə aparılan araşdırmalar hərəkətsizliyin xroniki ağrılara gətirib çıxara biləcəyini ortaya çıxarıb.

Yuxusuzluq

Gündə 6 saatdan az yatanlarda 8 saat yatanlara nisbətən baş ağrısı riski daha yüksəkdir.

www.yenicag.az

5888
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv