!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş həkim: “Xəstənin öldükdən sonra günlərlə reanimasiyada saxlanılması mümkün deyil”

!Reklam – Yazi

“Xəstənin öldükdən sonra günlərlə reanimasiyada saxlanılması mümkün deyil”.

Yenicag.az-ın xəbərinə görə, bu barədə “Bona Dea” Beynəlxalq Hospitalının baş həkimi Cabir Gülmalıyev 22 yaşlı pasiyent Təbəssüm Məmmədovanın meyitinin ailəsinə təhvil verilməməsi ilə bağlı məsələ ətrafında keçirilən mətbuat konfransında məlumat verib:

“Bu gün dünyada elə bil cihaz yoxdur ki, xəstə öldükdən sonra həmin aparat vasitəsilə onu sağ kimi göstərək. Xəstənin bütün həyati göstəriciləri həqiqi olub”.

Baş həkim xəstənin morqa qoyulmaması prosesinə də aydınlıq gətirib:

“Xəstənin morqa qoyulması öldüyü gün axşam saatlarında baş verib. Biz onun meyitini morqa yerləşdirmişik. Daha sonra xəstənin atası hospitala çağırılıb və morqdan götürülməsi istənilib.

Bunu sübut edəcək görüntülərimiz də var. Sosial şəbəkədəki görüntülər isə biz xəstənin meyitini ailə yaxınlarına təhvil verdikdən sonra çəkilib”./Oxu.Az/

www.yenicag.az

470
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv