KTMT heç bir təşkilat və ya ölkə qarşısında əks qüvvəyə çevrilmək problemini qarşısına qoymur.
Yenicag.az xəbər verir ki, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi İmanqali Tasmaqambetov BELTA-ya müsahibəsində deyib.
O, “KTMT-nin əsas inkişaf istiqaməti nədir?” sualına cavab verərkən deyib ki, prinsipcə, həm təşkilat, həm də onun üzvləri əməkdaşlıq imkanlarını azaldan və çox vaxt belə birliklərin iştirakçılarının milli suverenliyini əhəmiyyətli dərəcədə məhdudlaşdıran blok düşüncəsindən imtinanın tərəfdarıdırlar: “Eyni zamanda, təbii ki, NATO-nun hərəkətləri müşahidə edilir və təhlil edilir. Ekspertlərin və üzv dövlətlərin rəhbərliyinin nümayəndələrinin görüşləri zamanı KTMT-nin məsuliyyət zonasında vəziyyətə bu və ya digər şəkildə təsir edən bütün amillər ətraflı müzakirə olunur”./unikal