“Ukraynaya hərbi yardımı artırmaq lazımdır”.
Yenicag.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
Onun sözlərinə görə, Alyans Ukrayna üçün məqbul sülh sazişinə nail olmaq istəyir. Baş katib vurğulayıb ki, NATO ölkələri Rusiyanın intensiv zərbələri qarşısında Ukraynaya silah, hava hücumundan müdafiə sistemləri və yanacaq tədarükünü artırmalıdır.
Stoltenberq bununla yanaşı həmçinin bildirib ki, NATO ölkələri 2014-cü illə müqayisədə ümumi hərbi xərclərini 350 milyard dollar artırıb./Report/