Baş konsul: “İğdır-Naxçıvan qaz kəmərinin tikintisi yaxın günlərdə tamamlanacaq”

“Türkiyə və Azərbaycan arasında olan qardaşlıq bütün dünyaya örnəkdir, xalqlarımızın dostluq, qardaşlıq bağları lap qədimlərə söykənir. Sevincdə, kədərdə hər zaman bir birimizin yanında olmuşuq. Türkiyə-Azərbaycan münasibətləri, bu xüsusda Türkiyə-Naxçıvan əlaqələri hər keçən gün daha da genişlənir”.

Yenicag.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya söyləyib.

O qeyd edib ki, Türkiyə və Naxçıvan arasında əlaqələrin genişlənməsi üçün mütəmadi olaraq işlər görülür: “Bildiyiniz kimi İğdır-Naxçıvan qaz kəmərinin təməli ötən ilin sentyabr ayında hər iki ölkənin Prezidenti tərəfindən atılıb. Qaz kəmərinin tikintisinin önümüzdəki günlərdə tamamlanacağı gözlənilir”.

COP29