Reklam

Baş məşqçi: “İslamiadada uğur qazanmaq üçün…”

Reklam

Bu gün Gənclər və İdman Nazirliyində İranın Kirmanşah şəhərində təşkil olunmuş Dünya Kubokunda 3-cü yeri tutan sərbəst güləş üzrə yığmamızın üzvləri ilə görüş olub.

Yeniçağ.az-ın məlumatına görə, görüşdə GİN-in şöbə müdiri Fərid Mansurov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev, yığmanın baş məşqçisi Firdovsi Umudov və yarışan güləşçilər iştirak ediblər.
Görüşdə ilk olaraq, Olimpiya çempionu, GİN-in şöbə müdiri Fərid Mansurov çıxış edib:

“Komandamızın İranda 3-cü yeri tutması böyük uğurdur. Bildiyimiz kimi, heyət gənclərdən təşkil olunub. Bu da onu göstərir ki, güləşçilər arasında rəqabət var. Rəqabət olan yerdə uğur da olacaq. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında əldə olunan medallardan 9-u güləşçilərimizin payına düşmüşdü”.

Digər Olimpiya çempionu, AGF-nin vitse-prezidenti Namiq Abdullayev də idmançılarımız barədə də fikrini bildirib.
Güləşçilərimizin uğurunda böyük rol oynayan sərbəst güləş üzrə millinin baş məşqçisi Firdovsi Umudov da yetirmələrinin özünü doğrultduğunu deyib:

“Uğurlarımız idmana göstərilən dövlət qayğısının nəticəsidir. Cənab prezident İlham Əliyev 2017-ci ili İslam Həmrəyliyi ili elan edib. Biz də əlimizdən gələni edəcəyik ki, İslamiadada uğur qazanaq. Ümid edirdik ki, finala vəsiqə qazanacağıq. İlk görüşdə Rusiyanı, daha sonra Gürcüstanı məğlub etdik. Bundan sonra ABŞ-la qarşılaşmada hakimlər tərəfindən bizə qarşı qərəzli qərarlar oldu”.

Qeyd edək ki, Firdovsi Umudovun baş məşqçisi olduğu komanda İranın Kirmanşah şəhərində keçirilən Dünya Kubokunda bürünc medal qarşılaşmasında Türkiyə yığmasını böyük hesabla məğlubiyyətə uğradıb – 6:1. Azərbaycan millisi ilk görüşündə Rusiyaya xal hesabı ilə 32:29, Gürcüstana isə 5:3 hesabı ilə qalib gəlsə də, ABŞ-a texniki xallara görə uduzub – 14:20.
Aygün İlqarqızı
Yeniçağ.az

Fotolar: Cəmalə Əlizadə

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 61
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.