Vyaçeslav Qroznı ailə vəziyyətini əsas gətirərək postunu tərk edib
Gürcüstanın “Dinamo” futbol klubunun baş məşqçisi Vyaçeslav Qroznı istefa verib. “Report”un Tbilisi təmsilçinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 61 yaşlı mütəxəssis ailə vəziyyətini əsas gətirərək postunu tərk edib. “Dinamo”nun yeni baş məşqçisinin adı bu gün açıqlanacaq.
Qeyd edək ki, Vyaçeslav Qroznı 2016-cı ilin oktyabrından “Dinamo”nun sükanı arxasında idi.
Yeniçağ.az