Baş məşqçi koronavirusa yoluxdu – “Arsenal” təşvişdə

“Arsenal”ın baş məşqçisi Mikel Arteta yeni növ (COVİD-19) koronavirusa yoluxub. 

Yenicag.az “Sports.ru”ya istinadən xəbər verir ki, “Arsenal”ın London Kolneydəki təlim məşq mərkəzi bağlanıb. Son günlərdə baş məşqçi ilə təmasda olan hər kəsin yoxlanılacağı bildirilib. Klubun bazası bağlanıb və son zamanlar ispan mütəxəssislə təmasda olmuş əməkdaşlar karantinə yerləşdirilib.

Klubun məşqçi qərargahının yerləşdiyi yerlərdə dezinfeksiya işləri görüləcək və Arteta ilə təmasda olmayanlar yaxın vaxtlarda öz vəzifələrinin icrasına qayıdacaqlar.

“Çöx təəssüflənirəm, lakin özümü pis hiss edən kimi həkimə müraciət etdim. Sağalan kimi işə qayıdacam”. – deyə Artera bildirib.

Qeyd edilib ki, “Arsenal”ın yaxın günlərdə nəzərdə tutulan oyunları da təxirə salınacaq.

COP29