!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Baş məşqçi: “Ona heç bir güzəşt olmayacaq”

!Reklam – Yazi

15722536_1183951371692940_1970692786_n“Arsenal”ın baş məşqçisi Arsen Venger komandanın son vaxtlar tənqid obyektinə çevrilmiş yarımmüdafiəçisi Məsut Özil barədə açıqlama verib.

Yeniçağ.Az xəbər verir ki, fransız mütəxəssis türkəsilli futbolçunu başqalarından ayırmayacağını, onun da digərləri kimi öz üzərində çalışmalı olduğunu deyib:

“Tənqidləri qəbul edəcək, onlarla yaşayacağıq. İnsanlar təhlillər edir və bunları açıqlayırlar. Bu, çox normaldır. Ancaq Məsut çox önəmli, böyük oyunçudur və böyük oyunçular meydanda onlardan tələb olunanları tam yerinə yetirməlidirlər.
Məsuta heç bir güzəşt olmayacaq. O da hamı kimi çox çalışmalı və ondan gözləniləni yerinə yetirməlidir. Məsutun güclü olduğu an topun onda olduğu zamandır. Ancaq topu ayağında görmək istəyirsə, onu qazanmağımıza kömək etməlidr. Lakin onu da deyim ki, Məsut insanların düşündüyündən daha çox çalışır. Öz üzərinə düşən işi yerinə yetirir”.

Xatırladaq ki, almaniyalı futbolçu İngiltərə Premyer Liqasında, “Mançester Siti”yə məğlubiyyətin (1:2) ardından tənqidlərə məruz qalmışdı.

Yeniçağ.Az

www.yenicag.az

579
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv