Baş məşqçinin adı iki metro stansiyasına verildi – FOTOLAR

Fransa millisinin baş məşqçisi Didye Deşamın şərəfinə paytaxt Parisdə iki metro stansiyanın adı dəyişdirilib.

Yenicag.az xəbər verir ki, ​müvəqqəti olaraq ​”Notre-Dame des Champs” stansiyası “Notre Didier Deschamps” və “Champs Elysées-Clémenceau” stansiyası “Deschamps Elysées-Clémenceau” adlandırılıb.

Bundan başqa, komandanın kapitanı Uqo Llorisin şərəfinə “Victor Hugo” stansiyasının adı “Victor Hugo Lloris” olaraq dəyişdirilib.

Qeyd edək ki, Fransanın dünya çempionluğu ilə əlaqədar gerçəkləşdirilən dəyişiklər 6 aylıq nəzərdə tutulub.

COP29