Baş məşqçinin inadı 8 tələbəni xəstəxanalıq etdi

ABŞ-nin Texas ştatında liseylərin birində məşqdən sonra tələbələr xəstəxanalıq olub.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, müəllim tələbələrdən məşq zamanı bir saat ərzində 400 “jim” etmələrini tələb edib.

Məşqdən sonra vəziyyəti ağırlaşan səkkiz tələbə  xəstəxanaya yerləşdirilib.

Baş məşqçi Con Harrel hadisədən sonra inzibati məzuniyyətə çıxıb.

Hadisə ilə bağlı araşdırma başladılıb.