Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Baş məşqçiyə qarşı qərəz? - PFL rəsmisi danışdı

Reklam: High Technic

Birinci divizionun 15-ci turunda “Rəvan”ın səfərdə “Zaqatala”ya məğlub olduğu (1:3) oyundan sonra narazılıq yaranıb. Belə ki, “Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov Peşəkar Futbol Liqasından şikayət edib. Belə ki, baş məşqçi qurumun rəsmi saytında oyunla bağlı yerləşdirilən videoçarxın düzgün yerləşdirilmədiyini deyib. O, bildirib ki, PFL-in saytında oyun epizodlarını birtərəfli yerləşdirirlər:

“Sanki biz heç hücum etməmişik. Əslində, 2 dəfə oyunçularımız təkbətək qalıb. Hansı komanda qalib gəlibsə, onların epizodlarını yerləşdirirlər. MOİK – “Səbail” matçının kadrlarına baxıram. Fikirləşdim ki, deyəsən, MOİK heç oyuna gəlməyibmiş. Ümumiyyətlə, epizod qoymamışdılar. Hətta “Qarabağ” kimi komandaya qarşı oynasan belə, ən azı 5 dəfə hücum edirsən. Mən onlardan incik deyiləm. Əksinə, qoy “Şəmkir”in, “Səbail”in, “Zaqatala”nın hücumlarının hamısını versinlər. Mənim üçün təhlil etmək daha asan olur”.

Məsələ ilə bağlı PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyevlə əlaqə saxladıq. Yeniçağ.az-a danışan qurum rəsmisi Bəhmən Həsənovun düzgün fikirdə olmadığını deyib:

Aslan Şahgəldiyev ile ilgili görsel sonucu“Bəhmən Həsənovun həmin fikirlərindən sonra oyunun icmalına baxdım. Qolları nəzərə almasaq, “Zaqatala”nın 5, “Rəvan”ın isə 4 hücumu var. Bəlkə də montaj zamanı hansısa epizod gözdən qaça bilər. Amma bu, o demək deyil ki, udan tərəfin hücumları qoyulur. Bir məqamı da qeyd edim. Mümkündür ki, oyunda hesab böyük olsun. Bu zaman biz ancaq qolları qoyuruq. Çünki istəmirik ki, icmal çox yüksək olsun. Qolun birini 1 dəqiqədən hesablayanda 6 dəqiqə edir. İcmalın da öz vaxtı var. Hər hücumu da qoymaq olmur. Sırf həmin oyunun icmalında meydan sahibləri ilə qonaqların hücumlarının sayında bir fərq var.

Montaj edən adam oyuna 90 dəqiqə baxmayıb. Kaseti qoyur, yığa-yığa epizodları toplayır. Qolların vaxtını tapmaq asandı, çünki dəqiqəsi qeyd olunur. Hər oyuna oturub 90 dəqiqə baxsa, görün icmalı vermək üçün nə qədər vaxt gedər? Bu, qərəz deyil. Bilirsiz, məsələ nəyə oxşayır? Bəzən azarkeşlər şərhçini qınayır ki, bizim qolda az qışqırırsan, rəqibin qolunda çox”.

Aygün İlqarqızı

Yeniçağ.az

www.yenicag.az

409