Türkiyənin baş naziri Binəli Yıldırım 2016-cı ildən bəri davam edən fövqəladə vəziyyətin dayandırılacağını bildirib.
Yenicag.az xəbər verir ki, “Anadolu” agentliyinin verilişinə qatılan baş nazir sabah yayımlanacaq qərarla fövqəladə vəziyyətin başa çatacağını açıqlayıb. O deyib ki, bazarertəsi yeni kabinet formalaşdırılacaq və bununla da yeni mərhələ başlayacaq.
O, fövqəladə vəziyyətin uzun müddət davam etməsi ilə bağlı iradlara isə belə cavab verib: “Fransa sadəcə bir terror aktından sonra 719 gün fövqəladə hal elan edib. Bizdə isə vəziyyət daha ciddi idi, söhbət dövlət çevrilişinə cəhddən gedir”.