Baş nazir Atatürkə həqarət edənlərə təpindi: “Lazımi ölçü götürüləcək”

Türkiyənin baş naziri Binəli Yıldırım Atatürkə qarşı hörmətsizlik edənlərin qanunla cavab verəcəklərini deyib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, baş nazir Binəli Yıldırım bu barədə İngiltərəyə uçuşdan əvvəl

“Esenboğa” Hava limanında jurnalistlərlə söhbətində danışıb.

Jurnalistlərin bəzi telekanallarda Atatürkə həqarət olunması haqda sualına baş nazir belə cavab verib:

“Atatürkə və silahdaşlarına yönələn hər hansı yanlış münasibəti qəbul etmirik. Bu və buna bənzər hərəkətləri qınayıram. Biz qəhrəmanlarımızın qurduğu, minlərlə şəhidimizin bizə əmanət etdiyi yurdumuzu daha irəli aparmaq üçün nə lazımdırsa, edəcəyik. Bu müzakirələrin yersiz və mənasız olduğunu düşünürük”.

Yeniçağ.Az