Baş nazir Azərbaycan xalqını təbrik etdi

Baş nazir Novruz Məmmədov Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Yenicag.az xəbər verir ki, N.Məmmədov bu barədə sosial şəbəkədə paylaşım edib.

“Mənəvi saflığı, yüksək əxlaqi dəyərləri tərənnüm edən, xeyirxahlıq və birlik rəmzi olan Qurban bayramı münasibətilə bütün izləyənləri təbrik edirəm. Bu əziz bayramda hər birinizə xoşbəxtlik, can sağlığı, ruzi-bərəkət və firavan həyat arzulayıram. Qurbanlarınız qəbul olsun!” – deyə o qeyd edib.