Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu 2017-ci ilin birinci rübündə istismara veriləcək.
Yenicag.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım gürcü həmkarı Georgi Kvirikaşvili ilə görüşdə deyib.
B.Yıldırımın sözlərinə görə, BTQ layihəsi başa çatma mərhələsindədir.
G.Kvirikaşvili isə bildirib ki, Tbilisi BTQ-nin tikintisini tezliklə yekunlaşdırmaq üçün bütün zəruri işləri görür.
Gürcüstanın Baş naziri bu layihəni Türkiyə, Gürcüstan və Azərbaycanın əməkdaşlığında mühüm bənd adlandırıb.
Yenicag.az