Bakıda intihar edən şəxsi fikrindən baş nazir Novruz Məmmədov daşındırıb.
Məlumata görə, səhər saat 7:30 radələrində intihar məqsədi ilə körpüyə çıxan şəxs qadın yox, kişi olub.
O, həyat yoldaşının ondan boşanmaq istəməsinə etiraz olaraq intihar etmək istəyirmiş. Hadisə yerinə gələn FHN və polis əməkdaşlarının həmin şəxslə danışıqları təxminən bir saata yaxın davam edib.
Əldə etdiyimiz məlumata görə, həmin zaman baş nazir Novruz Məmmədov Heydər Əliyev prospektində xidməti maşınında hərəkətdə olub. Baş nazir avtomobilini saxlatdıraraq hadisə ilə maraqlanıb.
İntihar edən şəxslə baş nazir arasında telefon danışığı olub. N.Məmmədovun həmin şəxsi fikrindən daşındırdığı bildirilir.
Daha sonra hadisə yerinə intihara cəhd edən şəxsin xanımı da dəvət edilib./Musavat.com/
***
Heydər Əliyev prospektində intihar məqsədi ilə yol ötürücüsünün üstünə çıxan şəxs xilas edilib.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunaraq, həmin şəxslə söhbət ediblər. Bundan sonra intihar etmək istəyən şəxs fikrindən yayınıb və yol ötürücüsünün üstündən endirilib.
***
09:13
“Hazırda Heydər Əliyev prospekti Böyük Şor qovşağında və şəhər istiqamətində tıxac var”.
Bakı Nəqliyyat Agentliyindən Yenicag.az-a verilən məlumata görə, tıxac əsasən Heydər Əliyev prospektinin “Atəşgah” dairəsindən Böyük Şor qovşağı da daxil olmaqla hissəində müşahidə edilir.
“Tıxacın yaranmasına səbəb bir nəfər şəxsin intihar məqsədi ilə yol ötürücüsünün üstünə çıxmasıdır”, – deyə məlumatda vurğulanıb.