!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş nazir bu dəfə də corabları ilə gündəmə gəldi - Foto

!Reklam – Yazi

Kanadanın baş naziri Justin Trudeau, dini mərasimə rəngbərəng corablarla qatılıb.

Yeniçağ.Az xarici KİV-ə istinadən xəbər verir ki, Kanadanın baş naziri bu gün Şizim təriqətinə inanan kanadalıların keçirtdiyi Khalsa mərasiminə qatılıb. Mərasimin ən çox diqqət çəkən məqamı isə baş nazirin rənbərəng corabları olub. Reuters xəbər agentliyi baş nazirin rənbərəng corablarının fotolarını çəkib.

Əsası Hindistanda qoyulan Şizim təriqətinə hal-hazırda dünyada 20 milyon insan inanır. Mərasimdə Trudeauya simvolik mənası olan qılınc təqdim edilib.

Qeyd edək ki, Kanadanın baş naziri daha əvvəl ABŞ prezidentinin qızı İvanka Trampın heyran baxışlarının hədəfi kimi gündəmə gəlmişdi.

Yeniçağ.Az

www.yenicag.az

742
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv