Baş nazir daş-qalaq edildi-Fotolar

8fd7d3ab0e84ea3a1d6a2e8b4f6a5694Bosniyanın Srebrenitsa şəhərində səfərdə olan Serbiyanın baş naziri Aleksandr Vuçiç 1995-ci ildə Serbiya ordusunun yerli müsəlman əhalisinə qarşı törətdiyi kütləvi qırğın qurbanlarının anım mərasimində daş-qalaq edilib.

Potoçari memorial kompleksində keçirilən anım mərasiminə qatılan baş nazirə atılan daşlardan biri onun başına dəyib. Serbiya nümayəndə heyəti təcili ərazini tərk etmək məcburiyyətində qalıb.

Məlumata görə, insident baş nazirin məzarlığa gül çələngi qoyduğu an baş verib.

Polis hadisəyə müdaxilə edib, hücum edən şəxslərin saxlanıldığı bildirilir.

Qeyd edək ki, Srebrenitsa şəhərində bu gün kütləvi qırğının 20 illiyi münasibəti ilə anım mərasimi keçirilir.