Baş nazir Əli Əsədov TANAP-ın ofisində olub – FOTO

Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Trans Anadolu Qaz Kəməri- TANAP-ın Ankaradakı ofisində olub.

Bu barədə Yenicag.az Nazirlər Kabinetinə istinadən məlumat verib.

Məlumata görə, TANAP-ın Baş direktoru Saltuk Düzyol layihənin fəaliyyəti haqda təqdimatla çıxış edib. Baş nazir Əli Əsədov layihənin Azərbaycan və Türkiyə Prezidentlərinin iradəsinin nəticəsində başa gəldiyini, hər iki ölkə üçün əhəmiyyətini vurğulayıb.