Baş nazir Heydər Əliyevin Tbilisidəki abidəsini ziyarət etdi

Dekabrın 15-də Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Tbilisidəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini və Qəhrəmanlar abidəsini ziyarət edib.

Bu barədə Yenicag.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Baş nazir və Azərbaycan Respublikasının rəsmi nümayəndə heyətinin üzvləri abidənin önünə əklil qoyublar.