!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş nazir hücumu terror aktı adlandırdı

!Reklam – Yazi

83759Danimarkanın baş naziri Helle Thorninq-Şmidt Kopenhagendə insan ölümülə nəticələnmiş atışmanı terror hücumu adlandırıb.

Yenicag.az anspress-ə istinadən bildirir ki, baş nazir bəyanatı karikaturaçı rəssam Lars Vilkslə görüşün keçirildiyi kafedə atışmadan bir qədər sonra verib. Hadisə zamanı bir nəfər ölüb, iki nəfər yaralanıb.

Danimarkanın baş naziri ölkənin yüksək hazırlıq vəziyyətinə gətirildiyini və hər yerdə polis qüvvələrinin yerləşdirildiyini əlavə edib.

Atışma Məhəmməd Peyğəmbərin karikaturalarını çəkmiş rəssam Lars Vilksin yaratdığı komitənin keçirdiyi tədbir zamanı baş verib. 2007-ci ildə Məhəmməd Peyğəmbərin karikaturalarını çəkdikdən sonra Lars Vilks təhdidlərlə qarşılaşıb.

Şahidlərin bildirdiyinə görə, silahlı şəxslər kafeyə daxil olaraq atəş açıb, sonra isə qaçıblar. Güllələr kafenin giriş qapısını dəlib keçib.

Vilks atışma zamanı xəsarət almayıb, lakin komitənin nümayəndəsi hadisəni rəssamın həyatına sui-qəsd cəhdi adlandırıb. Tədbirə dəvət edilmiş Fransanın Danimarkadakı səfiri Fransua Zimeray keçən ay Parisdə “Charli Hebdo” dərgisinə hücumun nəticələri ilə bağlı məruzə etməli idi.

Fransa prezidenti Fransua Olland daxili İşlər naziri Bernard Kaznovü qısa müddətdə zamanda Danimarkaya göndərəcəyini elan edib.

Kopenhagenin meri Frank Yensen atışmanın motivləri ilə bağlı nəticə çıxarmağın tez olduğunu deyib, lakin hadisənin “ifadə azadlığına qarşı zorakı hücum” olduğunu təəssüflə qeyd edib.

www.yenicag.az

714
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv