Baş nazir İlham Əliyevi Türkiyəyə dəvət etdi

basbakan_1056Türkiyənin yeni baş naziri Binəli Yıldırım Azərbaycan prezidenti İlham Əliyevi Türkiyəyə səfərə dəvət edib.

Hazırda Bakıda səfərdə olan Binəli Yıldırım İlham Əliyevi avqustun 26-da Türkiyədə Yavuz Sultan Səlim körpüsünün açılış mərasiminə dəvət edib.

Qeyd edək ki, Türkiyənin baş naziri Binəli Yıldırımla Azərbaycan prezidenti İlham Əliyev təkbətək və geniş tərkibli görüşdən sonra bigrə mətbuat konfransı keçiriblər.