!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş nazir istefa verdi - Prezident seçkilərinin ikinci mərhələsi keçiriləcək

!Reklam – Yazi

Litvada prezident seçkilərinin ikinci mərhələsi keçiriləcək.

Yenicag.az xəbər verir ki, prezident seçkiləri ilə parallel keçirilən referendumun nəticələri isə səsverənlərin az olması səbəbindən ləğv edilib.

Litvanın prezidenti postuna 9 namizəd olub. Qalibiyyət üçün 50 faizdən artıq səs toplamaq lazım idi. Bu səsi heç bir namizəd toplaya bilmədiyinə görə, iki həftədən sonra ikinci mərhələ baş tutacaq.

İkinci mərhələyə iqtisadçı Qitanas Nauseda (31,52%) və sabiq maliyyə naziri İnqrida Şimonite (26,76%) keçiblər.

Səsvermədə 22,24 faiz səs toplayan baş nazir Saulyus Skvernyalis məğlubiyyətini qəbul edib və istefaya gedəcəyini söyləyib.

www.yenicag.az

5907
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv