Baş nazir istefa verdi – Siyasi ETİKA

Norveçin baş naziri Erna Sulberq hökumət kabinəsinin istefası ilə bağlı müraciət edib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Erna Sulberq Norveç kralı V Haralda yazdığı müraciətdə istefasını ötən ay keçirilmiş parlament seçkilərində uğradığı məğlubiyyətlə əlaqələndirib.

Sulberqin müraciəti Norveç hökumətinin saytında yayımlanıb:

Əlahəzrət Krala tövsiyə edirəm ki, yeni hökuməti formalaşdırmaq üçün Leyboristlər Partiyasının lideri Yonas Qar Störə səlahiyyət versin”.