!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş nazir minlərlə azyaşlının təcavüzünə görə üzr istədi

!Reklam – Yazi

Hökumət başçısı müxtəlif müəssisələrdə cinsi zorakılığa məruz qalan uşaqların ailələrinə üzrxahlıq edib.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, Avstraliyanın baş naziri Skott Morrison parlamentdəki çıxışında azyaşlıların zorlanmasına görə seksual qurbanların ailələrindən rəsmən üzr istəyib.

Məlumata görə, Morrisonun emosional çıxışını dinləmək üçün yüzlərlə insan parlament binasının önünə toplaşıb.

Qeyd olunur ki, Avstraliyada 5 il davam etmiş təhqiqat zamanı son onilliklər ərzində ölkənin müxtəlif müəssisə və təşkilatlarında on minlərlə uşağın cinsi zorakılığa məruz qaldığı müəyyənləşib.

Təhqiqat zamanı kilsə, məktəb və idman klublarında seksual zorakılığa məruz qalmış 8 mindən artıq şəxsin ifadəsi alınıb.

Baş nazir öz çıxışında bu dəhşətli hadisələrin qarşısının vaxtında alınmamasının hiddət doğurduğunu deyib:
“Biz bu gün nəhayət, uşaqlarımızın boğulan fəryadlarını etiraf edə və dinləyə bilərik. Həmin qurbanların qarşısında baş əyərək, əfv diləməliyik.

Nəyə görə o uşaqların və valideynlərinin fəryadları eşidilməyib? Nəyə görə bizim məhkəmə sistemimiz bu özbaşınalığa kor olub? Nəyə görə hərəkətə keçmək üçün bu qədər vaxt itirilib”.

www.yenicag.az

1569
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv