NATO qüvvələri Estoniyada may ayında yerləşdiriləcək

NATO qüvvələri Estoniyada may ayında yerləşdiriləcək.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, bunu Estoniyanın baş naziri Yuri Ratas bildirib.
Advertising 11

“Çox güman ki, bu NATO-nun Estoniyada mayda nəzərdə tutduğu təlim zamanı baş verəcək”, deyə Y.Ratas qeyd edib.

O əlavə edib ki, Estoniya bununla bağlı müdafiə xərclərini artırmaq niyyətindədir. 2017-ci ilin büdcəsində hərbi xərclərin ÜDM-un 2,17%-i təşkil edəcəyi planlaşdırılır.

Qeyd edək ki, ötən il Varşavada keçirilən NATO sammitində 2017-ci ildə Latviya, Litva, Estoniya və Polşada NATO qüvvələrinin yerləşdirilməsinə dair qərar qəbul olunub.

Yeniçağ.Az

COP29