!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş nazir Rusiyaya getdi – Rəsmi səfər

!Reklam – Yazi

Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyaya rəsmi səfərə gedib.

Yenicag.az xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədovu “Vnukovo-2” hava limanında Rusiyanın dövlət rəsmiləri qarşılayıblar. Azərbaycan Hökumətinin rəhbərinin şərəfinə fəxri qarovul düzülüb.

Qeyd edək ki, mayın 20-də rəsmi səfər çərçivəsində Baş nazirin başçılıq etdiyi nümayəndə heyətinin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.

***

11:53

Bu gün, mayın 19-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasına (RF) rəsmi səfərə gedəcək.

Bu barədə Yenicag.az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 20-də Baş nazirin və nümayəndə heyətinin Rusiya Federasiyası Hökumətinin sədri M.V.Mişustinlə və RF hökumətinin üzvləri ilə görüşü keçiriləcək.

www.yenicag.az

465
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv